Movqe.az xəbər verir ki, Papa 16-cı Benediktin istefasının arxasında məhz seks qalmaqallarıının olduğu iddia edilib. İtalyan mətbuatında "Panorama" jurnalının verdiyi geniş bir araşdırma və daha sonra "la Repubblica" qəzetinin nəşrləri, Papanın bu qalmaqallarla üz-üzə qalmamaq üçün istefa etdiyini bildirib. Papa 16-cı Benediktin köməkçisininPapalığa aid gizli sənədləri mətbuata sızdırmasından sonra şəxsən Papanın vəzifələndirdiyi 3 kardinalın hazırladığı 300 səhifəlik gizli faylda ilk dəfə "eynicinsli"' ifadəsi işlənib, bununla da Vatikandakı eynicinslilobbilərin varlığına da diqqət çəkilib. Digər tərəfdən, Katolik ictimaiyyətində qeyri-hökumət təşkilatları, yeni Papa seçkilərinə uşaq təcavüzkarlarınıqoruyan Kardinalınqatılmaması üçün böyük bir kampaniya başladıb.