Kraliça II Elizabet xəstəxanaya qaldırılıb
Movqe.az xəbər verir ki, İngiltərəKraliçası 2-ci Elizabet mədə infeksiyası səbəbiylə xəstəxanaya qaldırılıb. "Buckingham" Sarayında dünən edilən şərhə görə bir neçə gündür davam edən ağrılardan ötəri Kraliça Londondakı "Kral 7. Edward" xəstəxanasında müşahidə altına alınıb. Kraliçanın İtaliyaya edəcəyi səfər də bu səbəblə ləğv edilib. "Buckingham" Sarayı etdiyi şərhdə "tədbir olaraq bu həftə keçiriləcək bütün rəsmi görüşlər təxirə salındı və ya ləğv edildi" deyib. Kraliçanın 6-7 mart tarixlərində İtaliya prezidenti Giorgio Napolitanoyu ziyarət etməsi gözlənilirdi