Əlaqə Arxiv
news Image
2013.03.04
12:30
| A A A
Yaponiyada 22 milyon nəfər sunami riski altındadır

Movqe.az xəbər verir ki, Yaponiyada 2 il əvvəl baş verən sunami minlərlə insanın ölümünə səbəb olmuşdu, 22 milyon nəfər risk altında qalıb. Nagoya Universitetində edilən araşdırmaya görə, 128 milyon əhaliyə malik Yaponiyada 21,8 milyon nəfər dəniz səviyyəsindən 5 metr yüksəklikdə bölgələrdə yaşayır. Universitetin etdiyi araşdırmaya görə alçaq bölgələrdə yaşayanların ən sıx olduğu yer Tokiodur. 13 milyon nəfərin yaşadığı paytaxtda 3,43 milyon nəfər risk altındadır. Osaka əyalətində 3,06, Aiçidə 1,74 Çibada 1,44 milyon nəfərin risk altında olduğu deyilib. Ölkənin Sakit okean sahillərilə yanaşı Yaponiya dənizində yerləşən bölgələrin təhlükə altında olduğu vurğulanıb. Niigata əyalətində 630 min İşikavada  250 min nəfər risk altında yaşayır.

Sizin Reklam Yeriniz