Əlaqə Arxiv
news Image
2013.03.05
11:25
| A A A
Gülər Əhmədovaya daha bir vəkil tutuldu-Eksklüziv

Gülər Əhmədovaya daha bir vəkil tutulub. Bu məlumatı Movqe.az-a sabiq deputatın nümayəndəsi Zülfiyyə Bayramova verib. Onun sözlərinə görə, artıq dünən yeni vəkil Raqif Məmmədov prokurorluqda Gülər Əhmədova ilə bağlı aparılan istinqat işi ilə tanış olub. Daha sonra vəkil təcridxanada Gülər Əhmədova ilə görüşüb. Z. Bayramova yeni vəkillə müqavilə bağlanılmasının səbəbini sabiq deputatla bağlı irəli sürülən ittihamların çoxluğu ilə əlaqələndirib. Z. Bayramova bundan sonra Gülər Əhmədovanın iki vəkil tərəfindən müdafiə ediləcəyini söyləyib. Qeyd edək ki, Gülər Əhmədovanın birinci vəkili Eldar Qədimidir.

 

Sizin Reklam Yeriniz