Əlaqə Arxiv
news Image
2013.03.05
13:15
| A A A
Gülər Əhmədovanın yeni vəkilindən ilk açıqlama-Eksklüziv
Gülər Əhmədovanın yeni vəkili Raqif Məmmədov Movqe.az-a açıqlama verib. Vəkil bidirib ki, dünən axşam saatlarında Gülər Əhmədova ilə qısa görüşü olub: "Dünən Gülər Əhmədova ilə görüşdüm. Vaxt az olduğundan, yarım saat ərzində qısa söhbətimiz oldu. Gülər Əhmədova mənimlə söhbətində də barəsində élan edilən cinayət işi ilə bağlı özünü günahkar bilmədiyini söylədi. Dedi ki, o, Elşad Abdullayevin təxribatının qurbanıdır".
R. Məmmədov Gülər Əhmədova ilə müdafiə taktikasını müzakirə etdiklərini, müdafiə etdiyi şəxsin özünü təqsirkar bilmədiyini söylədi. Onun sözlərinə görə, Gülər Əhmədovanın səhhətində problemlər olsa da, sabiq deputatla görüşdə onun ruh düşkünlüyündə olmadığını görüb: "Gülər Əhmədova inanır ki, haqq-ədalət öz yerini tapacaq. Elşad Abdullayevin ona böhtan atdığı aşkara çıxacaq".

Sizin Reklam Yeriniz