Çavezin vəsiyyəti yerinə yetiriləcək
Movqe.az xəbər verir ki, mərhum Venezuela
Prezidenti Huqo Çavezin
ölümündən sonra köməkçisi
Nikolas Maduro,
müvəqqəti dövlət başçısı
olub. Venezuela xarici işlər
naziri Elias Jaua,
Maduronun Çavezin boşluğunu
dolduracağını bildirərək 30
gün ərzində seçki keçiriləcəyini
qeyd edib. Jaua, Telesur
televiziyasına verdiyi şərhdə,
bu qərarların, Çavezin
daha əvvəl verdiyi
təlimatlar istiqamətində
alındığını vurğulayıb.