Əlaqə Arxiv
news Image
2013.03.07
11:51
| A A A
Azərbaycanda hərbçilər ağır yol qəzasına düşüb, ölən və yaralananlar var
Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, daha 5 nəfər isə müxtəlif dərəcədə xəsarət alıb.

Azərbaycanda hərbçilər ağır yol qəzasına düşüb. Movqe. az-ın məlumatına görə, hadisə Naxçıvan Muxtar Respublikasında baş verib. Azərbaycan ordusunun kiçik çavuşu, müddətdən artıq hərbi qulluqçusu Abdullayev Turan Nazim oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil, Kəngərli rayonunun Xok kənd sakini Səfərov Bəkir Aydın oğlunun idarə etdiyi "VAZ 2107" ilə toqquşub.


Nəticədə B. Səfərov aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə keçinib.T. Abdullayev və digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.


Yaralılardan ikisi hərbçidir. İlkin məlumata görə, hadisəyə qarlı hava şəraitində sürücülərin manevr qaydalarına düzgün əməl etməməsi səbəb olub. Faktla bağlı araşdırmalar aparılır.


Sizin Reklam Yeriniz