Əlaqə Arxiv
news Image
2013.03.07
16:25
| A A A
Yığma saatlar hesabına dərs deyən ibtidai sinif müəllimlərinin sayı azalıb
"Bakının ümumtəhsil məktəblərində yığma saatlar hesabına dərs deyən ibtidai sinif müəllimlərinin sayı azalıb. Əgər 2006-cı ildə paytaxt məktəblərində artıq, yığma saatlar hesabına işləyənlərin  ibtidai sinif müəllimləri sayı 1400 nəfər idisə, bu gün bu rəqəm 80 nəfər təşkil edir". Bu sözləri Mövqe.az-a açıqlamasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) strateji təhlil, planlaşdırma və kadrların idarəolunması sektorunun müdiri Bəhmən Nəbiyev söyləyib. Onun sözlərinə görə, artıq 2006-cı ildən orta məktəblərə ibtidai sinif müəllimlərinin işə qəbulu dayandırılıb. İndi yalnız hansısa müəllim işdən çıxırsa, yəni vakansiya yaranırsa onun yerinə başqa ibtidai sinif müəllimi işə götürülür. B. Nəbiyev hazırda paytaxt məktəblərində 5528 ibtidai sinif müəlliminin çalışdığını söylədi.
Sizin Reklam Yeriniz