Azərbaycanda Milli Qəhrəman övladları üçün şad xəbər
Azərbaycanda Milli Qəhrəman övladlarının ödənişsiz ali təhsil alması gözlənilir.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı təhsil haqqında bir sıra hüquqi sənədlərə dəyişikliklər olunması nəzərdə tutulur. Bundan başqa, hazırlanması gözlənilən "Milli Qəhrəmanlar haqqında" qanun layihəsində də bununla bağlı müddəa var.
Milli Qəhrəman statusu almış şəxslərin övladları istənilən ali
təhsil müəssisəsinə ödənişli əsaslarla qəbul olduqları təqdirdə,
onların təhsil haqlarının dövlət tərəfindən ödəniləcəyi gözlənilir.
"Milli Qəhrəmanlar haqqında" qanun layihəsində əlavə statuslar da
nəzərdə tutulur.
Qeyd edək ki, hazırda ölkədə ümumilikdə 211 Milli Qəhrəman var.
Milli qəhrəmanlara, yaxud onların ailəsinə dövlət tərəfindən 600
manat müavinət verilir.