Əlaqə Arxiv
news Image
2013.03.09
17:15
| A A A
İrana qarşı yeni sanksiyalar hazırlanır
Avropa Birliyi (AB) yaxın günlərdə İrana qarşı yeni sanksiya tətbiq edəcək. Movqe.az-in "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, sanksiyalar əsasən İran rəsmilərini hədəf alacaq.
Belə ki, AB 9 İran rəsmisinə və daha bir neçə şəxsə qarşı sanksiya tətbiq etməyə hazırlaşır. Sanksiyalar həmin şəxslərə İranda insan haqları pozuntularına yol verdiklərinə görə tətbiq ediləcək. Hələlik onların adları açıqlanmayıb.
Qeyd edək ki, martın 8-də ABŞ Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiya tətbiq etməsi üçün AB-ni razı salmağa çalışdıqlarını açıqlamışdı. AB bundan əvvəl də İranın bir çox rəsmisinə sanksiya tətbiq edib, onların xaricdəki bank hesablarını dondurub.
Sizin Reklam Yeriniz