Obamaya maraqlı mesaj: "Telefonunu bura gətirmə"
Movqe.az xəbər verir ki, Fələstinli
gənclər Amerika Birləşmiş
Ştatları (ABŞ) prezidenti
Barak Obama üçün
"Obama,
gətirmə "ağıllı" telefonunu
Ramallaha, 3G texnologiyası
yoxdur Fələstində" sözləri
yazılan posterlər hazırlayıb. ABŞ prezidenti
Obamanın bölgəyə edəcəyi
səfərin yaxınlaşması
səbəbindən, Fələstinlilər,
Obamanın keçəcəyi
Qüds-Ramallah yoluna
İsrailin Fələstin xalqına
yönəlmiş pozuntularını izah edən
afişalar asıb. Posterlərin
dizayneri Mahir Alani
AA müxbirinə verdiyi
şərhdə, gənclər arasında
Obamanın "Amerikalılar Blackberry
olmadan yaşaya bilməz" sözləriylə
3G texnologiyasına Fələstin
torpaqlarında icazə
verilməməsinə diqqət çəkmək
istədiklərini söyləyib.