Əlaqə Arxiv
news Image
2013.03.13
16:56
| A A A
Daxili Qoşunların hərbi qulluqçuları təltif edildi
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 21-ci ildönümü ilə əlaqədar olaraq, öz xidməti vəzifələrini yerinə yetirərkən göstərdikləri igidliyə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə aşağıdakı hərbi qulluqçular təltif edilsinlər:


"İgidliyə görə" medalı ilə:


Kərimov Çingizxan Cümşüd oğlu - leytenant (ölümündən sonra)

Yusifov Camaləddin İslam oğlu - əsgər (ölümündən sonra)


"Hərbi xidmətlərə görə" medalı ilə:


Xəlilov Şirin Heydər oğlu - general-mayor

Babayev Sahib Xudaverdi oğlu - polkovnik

Eyvazov Xaliq Rəşid oğlu - polkovnik

Aslanov Emin Vahid oğlu - polkovnik-leytenant

Hümmətov Təvəkkül Nəriman oğlu - polkovnik-leytenant

Quliyev Elvin Nəriman oğlu - polkovnik-leytenant

Məhərrəmov Kamran Musa oğlu - polkovnik-leytenant

Gözəlov İlkin Şakir oğlu - mayor

Həsənov Telman Əjdər oğlu - mayor 

Məmmədov Fariz Azad oğlu - mayor

Mürsəlov Sahib Təmraz oğlu - mayor 

Məmmədov Əli Vaqif oğlu - baş leytenant

Səfərov Mahir Nəriman oğlu - baş leytenant. 



İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 12 mart 2013-cü il.


Sizin Reklam Yeriniz