Əlaqə Arxiv
news Image
2013.03.14
12:30
| A A A
Gürcüstandakı Azərbaycanlı tələbələr Rəsulzədənin xatirəsinin əbədiləşdirilməsini istəyirlər - Eksklüziv

Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GİPA) Jurnalistika və Media Menecment fakültəsində magistr təhsili alan bir qrup Azərbaycanlı tələbə Azərbaycan Demokratik Respublikasının qurucusu Məmməd Əmin Rəsulzadənin Tbilisi şəhərində abidəsinin ucaldılması məqsədilə Gürcüstanın prezidentinə, baş nazirinə, aidiyyəti qurumlara, eyni zamanda bu ölkədəki Azərbaycanlı ictimai-siyasi fəallara müraciət hazırlayıb. Bu barədə GİPA-da təhsil alan Cəsur Məmmədov məlumat verib.


Müraciətdə Tbilisi şəhərində M.Ə.Rəsulzadənin xatirəsinin əbədiləşdirilməsi məqsədilə abidə qoyulması arzusu əksini tapıb. Müraciət müəllifləri qarşıdakı dövrdə Tbilisi şəhərində ADR-in qurucusunun abidəsinin ucalacağına ümid etdiklərini bildiriblər.

Müraciət gələn həftə nəzərdə tutulan ünvanlara göndəriləcək.


Müraciətə GİPA-da təhsil alan tələbələr - Vüsalə Əhmədova, Tural İbadov, Aygül Abdulkərimova, Vüsal Əzizov, Vüsalə Həsrətli, Asim Cəlilov və Cəsur Məmmədov imza atıblar.


Sizin Reklam Yeriniz