ABŞ Əfqanıstana vəsait ayırıb
Movqe.az xəbər verir ki, ABŞ və
Əfqanıstan arasında 249
milyon dollarlıq saziş
imzalanıb. ABŞ-ın
Əfqanıstana pul köməyi
ilə əlaqədar Əfqanıstan
xarici işlər nazirliyində təşkil
edilən mətbuat konfransında
imza mərasimi keçirilib.
Mərasimə ABŞ səfiri
Stiven Mak Farland və
Əfqanıstan xarici işlər
naziri müavini Cavid
Lodi qatılıb. Mətbuat
konfransında ABŞ-ın
Əfqanıstana edəcəyi 249
milyon dollar yardımı
ilə əlaqədar müqavilə
imzalanıb. Mətbuat
konfransında danışan Lodi,
ABŞ-ın etdiyi yardımdan
ötəri məmnuniyyətini dilə
gətirərək, "Bu gün
imzaladığımız müqaviləylə
ABŞ, Əfqanıstana 249
milyon dollar vəsaitlə kömək
etməyi öhdəsinə götürür. Bu
miqdar ümumi olaraq
məhkəmə tətbiqlərinə və
aviasiyanı dəstəkləmə
layihələrinə xərclənəcək. "
deyib.