Partlayış olub
Movqe.az xəbər verir ki, Pakistanın
Karaçi şəhərində bir
nəzarət sahəsində meydana
gələn partlayışda 3
nəfər həlak olub,
6 nəfər yaralanıb.
Polis rəsmisi,
şəhərin Muzafferabad
bölgəsində qaynağı hələ
təyin oluna bilməyən partlayışda
həlak olanlardan birinin
polis olduğunu, yaralı
olaraq xəstəxanaya sövq
edilənlərin hamısının
vəziyyətinin ağır olduğunu
söyləyib. Partlayışın
reallaşdığı bölgənin
yaxınlığında olan NATO
təchizat vasitələrinin ziyan
görmədiyi bildirilib.