MTRŞ qadın bezləri ilə bağlı telekanallara tövsiyyə verdi
"Bizdə reklamlarda xüsusi açıq-saçıqlıq yoxdur. Amma telekanallara
tövsiyyə etmişik ki, bəzi reklamları, məsələn, qadın bezlərinin
reklamını axşam saat 11-dən sonra efirdə yayımlasınlar. Düzdür
bununla bağlı qanunvericilikdə qadağa yoxdur, amma ümumi
qaydalarda nəzərdə tutulur ki, bu cür reklamlar saat 11-dən sonra
efirə verilsə yaxşıdır". Bu sözləri Movqe.az-a açıqlamasında Milli
Teleradio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik
şöbəsinin müdiri Təvəkkül Dadaşov məlumat verib. Onun sözlərinə
görə, aparılan monitorinqlər zamanı bəlli olub ki, Azərbaycan
telekanallarında bu tip reklamlar, qadın bezlərinin reklamında
açıq-saçıqlığa yol verilmir: "Yəni etik qaydalara riayət edilməklə
bu cür məhsullar reklam edilir. Amma yenə də, bu cür reklamların
efirə yayımlanması saat 11:00-dan sonraya tövsiyyə
olunur".