İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb
İranda tanınmış azərbaycanlı fəal, din xadimi azadlığa buraxılıb.
"Oyannews"-un verdiyi məlumatına görə, höccətülislam Əbdüləziz
Əzimi Qədim martın 14-də Təbriz həbsxanasından zəmanətlə sərbəst
buraxılıb.
Qeyd edək ki, azərbaycanlı fəal 2012-ci il dekabrın 27-də Marağa şəhərində İranın Şərqi Azərbaycan vilayətinin Ermənistanla əlaqələrinə etiraz olaraq keçirilmiş aksiyada həbs edilib. Ə. Qədim bir müddət İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsində saxlanılıb. Azərbaycanlı fəal daha sonra, yəni bu il fevralın 10-da Təbriz həbsxanasına köçürülüb. Ə. Qədim əvvəllər də həbs edilib, "Amnesty İnternational" (Beynəlxalq Əfv Təşkilatı) azərbaycanlı fəalla bağlı 2005-2006-cı illərdə üç ayrı bəyanat verib.