Bu günə olan hava məlumatı
Movqe. az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən aldığı məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 18-də hava dəyişkən buludlu olacaq, gecə və axşam yağış yağacaq. Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaq.
Azərbaycanın rayonlarında hava arabir yağıntılı olacaq, dağlıq ərazilərdə sulu qar yağacaq. Havanın temperaturu gecə 3-7°, gündüz 7-12° isti olacağı gözlənilir. Dağlarda gecə 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.