Əlaqə Arxiv
news Image
2013.03.18
13:15
| A A A
Pornoqrafik şəkillər yayan saytlar bağlana bilər
"Orta məktəblərin yaxınlığında, metroda və paytaxtın müxtəlif yerlərində uşaqlar üçün təhlükə doğuran saytların reklamının qarşısı alınmalıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsi bu cür saytların reklamının və fəaliyyətinin dayandırılması üçün qanunvericilik səviyyəsində təkliflər hazırlayacaq".
Bu məlumatı Movqe.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev verib. Onun sözlərinə görə, bəzən tanışlıq adı altında açılan bu cür saytlar uşaqlar üçün təhlükəli materiallar yerləşdirirlər: "Hətta bəzən bu cür saytlarda pornoqrafik şəkillər də yayılır. Ona görə də, bu saytların həm reklamının, həmçinin də, yaradılmasının qarşısı alınmalıdır. Biz bunun qarşısının alınması üçün müxtəlif qurumlara məktublar göndərmişik. Amma bu cür saytlar yenə də fəaliyyətlərini davam etdirməklə yanaşı, təhsil ocaqlarının yaxınlığında reklam edilir".
Qeyd edək ki, son vaxtlar uşaqların da internetdən istifadə imkanlarının artması bu cür saytların yaranmasının daha da sürətləndirib. Tanışlıq saytları kimi özlərini reklam edən bu tip saytlar təkcə tanışlıqlara vasitəçilik etməklə işlərinin bitmiş hesab etmir, bəzən pornoqrafik şəkillər də yayırlar. Yeniyetmələrin daha çox maraq göstərdikləri bu saytlar, beləcə uşaqlara zərərli informasiyanın ötürülməsini də həyata keçirirlər. "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, bu cür saytların sahibləri azərbaycanlı olsa da, həmin saytların hostinqi xarici ölkələrdə yerləşir: "Az, com, org domeni ilə bu cür saytların açılması mümkün deyil. Bu cür saytlar pulsuz domenlərdən istifadə edərək wap  və sair domenlərlə sayt açırlar. Bəzən həmin saytlar uşaqlara zərərli informasiyanın ötürülməsində vasitəçiyə çevrilirlər. Bu cür saytları birdən-birə bağlamaq, provayderlər vasitəsilə süzgəc qoymaq da olmaz. Bu senzuraya gətirib çıxarda bilər".
Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev isə çıxış yolunun olduğunu söyləyir. Onun sözlərinə görə, əgər Azərbaycanda hansısa sayt zərərli informasiya yayırsa, belə saytı bağlamaq mümkündür. Sadəcə olaraq həmin sayt məhkəməyə verilməli, qərar çıxdıqdan sonra bağlanıla bilər: "Əgər belə saytlar varsa, həmin saytlarla bağlı monitorinq aparıla bilər. Bu Pornoqrafik fotolar yayan saytların bu fəaliyyəti təsdiq olunrsa, məhkəmənin qərarı ilə bağlanacaq".
 
Sizin Reklam Yeriniz