Əlaqə Arxiv
news Image
2013.03.18
13:43
| A A A
Həbsxanadan vertalyotla qaçdılar
Movqe.az "BBC"yə istinadən xəbər verir ki, Kanadada vertolyota iplə dırmaşaraq azad olan iki məhkumdan biri tutulub. Montreal yaxınlığındakı St. Jerome həbsxanasının rəsmiləri, məhkumların dünən günorta saatlarında qaçmasından sonra, bölgədə geniş əhatəli bir axtarış əməliyyatı başladıldığını söyləyib. Əməliyyatda məhkumlardan biriylə, qaçmasına köməkçi olduğu təxmin edilən iki nəfər tutulub. Digər məhkumun gizləndiyi düşünülən bölgə nəzarət altına alınıb​​. 36 yaşlı Benjamin Hudon-Barbeau 33 yaşlı Danni Provencal adlı məhkumların qaçarkən yaralandıqları xəbər verilir. Həbsxanadan 85 kilometr uzaqlıqda olan vertolyotun bu tur şirkətinə aid olduğu qaçırıldığı iddia edilir. 80 məhkumun qaldığı St-Jerome həbsxanasında ötən ay kiçik diametrli bir üsyan çıxmış, polis məhkumlara bibər qazıyla müdaxilə etmişdi.
Sizin Reklam Yeriniz