Əlaqə Arxiv
news Image
2012.04.27
14:13
| A A A
Bin Ladinin ailəsi də getdi
Mövqe.az CNN-ə istinadən bildiri ki, Pakistan hökuməti, keçən il may ayında ABŞ əsgərlərinin təşkil etdiyi əməliyyatda öldürülən Əl-Qaidə terror təşkilatı lideri Usami bin Ladinin 3 həyat yoldaşı ilə 11uşağının Səudiyyə Ərəbistana sərhəd xarici edildiyini açıqlayıb.
Bin Ladinin ikisi Səudiyyə Ərəbistanlı, biri Yemənli olan üç həyat yoldaşı ilə uşaqlarının paytaxt İslamabadda nəzarət altında tutduqları evdən alınaraq hava limanına gətirildiyi və onları gözləyən təyyarəyə mindirilərək sərhəd xarici edildikləri bildirilib.
Bin Ladinin 3 həyat yoldaşı ilə 2 qızına  ölkəyə qeyri-qanuni yollardan girdiklərinə və qaçaq şəklində yaşadıqlarına görə təqsirləndirilərək  45 gün həbs cəzası və 10 min rupi (190ABŞ dolları) pul cəzası verilib.
Xatırladaq ki, may ayının 2-si Abodabad şəhərində gizləndiyi evdə öldürülən Bin Ladinin cəsədi amerikalı əsgərlər tərəfindən götürülüb və ailəsinə toxunulmayıb.

 Ziba Yusifova

Sizin Reklam Yeriniz