Əlaqə Arxiv
news Image
2013.03.19
15:20
| A A A
Heydər Əliyev Mərkəzi əsgərlər arasında müsabiqə elan edir

Heydər Əliyev Mərkəzi Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən əsgərlər arasında "Dövlətimi, xalqımı, ailəmi qoruyuram" adlı əsgər məktubu müsabiqəsi elan edir. Mərkəzdən Movqe.az-a verilən məlumata görə, əsgər məktubları aşağıdakı məqamları əhatə etməlidir:

 

-Vətənə əsgər kimi xidmət etməyin müqəddəsliyi nədədir?

 

-Azərbaycan əsgəri dövləti, xalqı, ailəsi qarşısında öz borcunu necə yerinə yetirir?

 

Azərbaycan əsgəri, orduda xidmət barədə fikir və duyğularını bölüş, ən yaxşı əsgər məktubunun müəllifi kimi qalib ol!

 

Əsgər məktubları 27 mart  2013-ci il tarixindən 27 aprel 2013-cü il tarixinədək poçt vasitəsilə Heydər Əliyev Mərkəzinə (ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti) göndərilməlidir. Məktubun sonunda müəllifin adı, soyadı, atasının adı, ev ünvanı və ev telefonu, xidmət etdiyi hərbi hissənin nömrəsi qeyd edilməlidir.

 

1-ci yerin qalibi üçün 1 ədəd LED televizor və 1 ədəd noutbuk, 2-ci yerin qalibi üçün 1 ədəd LED televizor və 1 ədəd planşet kompüter, 3-cü yerin qalibi üçün 1 ədəd LED televizor mükafatları nəzərdə tutulub.

 

Müsabiqədə fərqlənən daha 50 nəfərə həvəsləndirici mükafat - LCD televizor təqdim ediləcək.

 

Sizin Reklam Yeriniz