Əlaqə Arxiv
news Image
2012.04.27
14:22
| A A A
Dəfndən sonra daha da qızışdılar
Mövqe.az "Euronews"a istinadən bildirir ki, Bahreyndə Formula 1 yarışına qarşı təşkil edilən etiraz nümayişində həyatını itirən Salah Abbas Həbib üçün yürüyüş edilib.
Polisin müdaxiləsi nəticəsində həyatını itirən nümayişçi üçün paytaxt Mənamada geniş  bir cənazə mərasimi təşkil edilib.
Cənazə mərasimindən sonra nümayiş üçün bir yerə toplaşanlardan bəziləri polis bölməsinə hücum edib.
Qaz bombalarıyla polis bölməsini atəşə tutan nümayişçilərə polis göz yaşardıcı qaz və baş gicəlləndici əl bombalarıyla cavab verib.
Sünni rəhbərliyinin dünyaya öz reklamını etmək üçün Formula 1 yarışını istifadə etdiyini irəli sürən şiə qrupları yarışdan əvvəl Bahreyn küçələrini atəşə tutub. Çıxan hadisələrə baxmayaraq yarışlar ləğv edilməyib.

Ziba Yusifova

Sizin Reklam Yeriniz