Əlaqə Arxiv
news Image
2013.03.19
14:42
| A A A
Obamadan İrana nüvə mövzulu Novruz mesajı

Movqe.az xəbər verir ki, ABŞ prezidenti Barak Obama, Novruz bayramı üçün xüsusi olaraq söylədiyi mesajında ​​İran hökumətinin davranışınm cəzasını xalqın ödədiyini bildirib. İranın beynəlxalq ictimaiyyətdə layiq olduğu mövqeyə geri dönə biləcəyini ifadə edən Obama, bunun üçün öhdəliklərini yerinə yetirməsi lazım olduğuna diqqət çəkib. İran nüvə problemləri mövzusunda hər zaman siyasi həllə üstünlük verən Obama, öz çıxışında da bunu vurğulayıb. Vəzifəyə gəldiyi ilk gündən etibarən İran hökumətinə fürsət yaratdığını bildirib. İranın məsuliyyətlərini yerinə yetirməsi halında iki ölkə arasında yeni bir əlaqənin başlaya biləcəyin işarə edib. Həlli yolu tapmanın asan olmayacağını qeyd edən Obama, yalnız bunun ediləcəyi təqdirdə İran xalqının ABŞ daxil olmaqla, digər ölkələrlə inkişaf edəcək əlaqələrin ticarətin faydalarını görəcəyini bildirib. Obama 2012-ci ildə Novruz bayramı üçün oxşar bir mesaj vermiş İran hökumətinə dialoq çağırışı etmişdi.

 

Sizin Reklam Yeriniz