Çavezin adı dağlarda yaşayacaq
Şimali Osetiya alpinistləri Federasiyasının prezidenti Kazbek
Hamitsayev, 30 Şimali Osetiya alpinistinin Venesuela liderinin
xatirəsinə Qafqaz sıradağlarının cənub yamacında 3695 metr
yüksəkliyində bu günə qədər adsız olan bir dağ zirvəsini fəth
etdiyini bildiriblər. Movqe.Az-ın
məlumatına görə, alpinistlər bu zirvəyə Cənubi Osetiyanın 2008-ci
ildə Gürcüstandan müstəqilliyini tanıyan Venezuela lideri Çavezin
adının verilməsi üçün Şimali Osetiya prezidenti Teymuraz Mamsurova
müraciət ediblər. Hamitsayev, dağın zirvəsində Venezuela liderinin
portretinin qoyulduğunu sözlərinə əlavə edib.