Gülər Əhmədovanın vəkili pul məsələsinə aydınlıq gətirdi
"Gülər Əhmədovanın mənim pulumu ödəməməsi ilə bağlı mətbuatda dərc
olunan informasiya yalandır. Mən sabiq millət vəkilini müdafiə
etdiyimə görə, onunla razılaşdığım qonararı almışam. Mətbuat bu
xəbəri hansı mənbədən əldə edib kimə istinadən yayıb bilmirəm. Bu
xəbəri oxuyanda özümdə məəttəl qaldım ki, bu xəbər haradan
çıxıb".
Bu məlumatı Movqe.az-a Gülər Əhmədovanın vəkillərindən biri-Eldar Qədimi sabiq millət vəkilinin onun pulunu verməməsi barədə mətbuatda yer alan informasiyalara münasibətində bildirib. Vəkil deyib ki, ondan bu məlumatı dəqiqləşdirən də olmayıb: "Mənim əlaqə nömrəm jurnalistlərdə var. Ən azından bu xəbərin doğru olub-olmadığını məndən soruşub dəqiqləşdirə bilərdilər. Yalan məlumatı mətbuatda dərc etmək peşəkarlığa ziddir. Mən qonararımı almışam. Bundan sonra Gülər Əhmədovanın məni seçib-seçməməsi yenə onun öz işidir. Əgər yenə məni seçsə təbii ki, qonarar əsasında işləyəcəyik".