Əlaqə Arxiv
news Image
2013.03.20
17:12
| A A A
Dəm qazı bir ailədən üç nəfərin canını aldı
Dəm qazı bir ailədən üç nəfərin canını aldı

Bakıda dəm qazı ailə faciəsinə səbəb olub. Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən bildirilib.

Hadisə martın 19-da Binəqədi rayonu 7-ci mikrorayon 126-cı məhəllə ərazisində yerləşən yeni tikilidə qeydə alınıb. Həmin ünvanda yaşayanlar – 1954-cü il təvəllüdlü Səbinə Abdullayeva, onun qızı, 1988-ci il təvəllüdlü Arzu Abdullayeva və bacısı, 1953-cü il təvəllüdlü Kəbirə Həsənova yaşadıqları evdə dəm qazından boğularaq ölüblər. Onların meyiti hadisə baş verən bir neçə saat sonra aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Sizin Reklam Yeriniz