Avropa Birliyi Ermənistana səslənib
Movqe.az xəbər verir ki, Avropa
Birliyi (AB), Ermənistandan
Metsamor nüvə stansiyasının
fəaliyyətini dayandırmasını
istəyib. AB-nin Ermənistan
Ofisi müdiri Traian
Hristea, təşkil etdiyi mətbuat
konfransında,
"Avropa Qonşuluq
Siyasəti" Ermənistan
Hesabatının ictimaiyyətlə
paylaşıb. Hristea, Metsamor
stansiyasının,
Ermənistan-AB
əlaqələrinin gündəmindəki ən
əhəmiyyətli mövzulardan biri
olduğunu bildirib.
Stansiyanın hələ də
fəaliyyətini davam
etdirməsinə narahatlıq
duyduqlarını ifadə edən
Hristea, "stansiyanın
fəaliyyətinin dayandırılması
üçün qısa zamanda
bir proqram hazırlanması
üçün Ermənistan hökumətinə
müraciət etdik. Stansiya
fəaliyyəti başa çatdıqdan
sonra, Ermənistanın enerji
təhlükəsizliyini təmin etmək
üçün Ermənistan hökuməti
ilə alternativ qərarları
müzakirə etməyə hazırıq"
deyə bildirib.
1970-ci illərdə inşa edilən stansiya, qondarma Ermənistanın paytaxtı İrəvana 32 km, uzaqlıqda yerləşir.
Köhnə sovet texnologoyası ilə inşa edilən nüvə stansiyası zəlzələ bölgəsində olduğu üçün həm qondarma Ermənistan dövləti, həm Türkiyə, həm Azərbaycan həm də digər qonşu ölkələr üçün təhlükə yaradır.