Əlaqə Arxiv
news Image
2013.03.23
22:35
| A A A
DSX-nın Hərbi Hospitalından Gülər Əhmədovanın oğlu ilə bağlı açıqlama -Eksklüziv

Movqe.az Gülər Əhmədovanın hərbi xidmətdə olan oğlu Toğrul Əhmədovun Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına yerləşdirilməsinin səbəbini dəqiqləşdirib. Hospitaldan Movqe.az-a təsdiqləyiblər ki, Gülər Əhmədovanın oğlu həqiqətən də, bu gün saat 18:00 radələrində DSX-nın Hərbi Hospitalına gətirilib. Amma Hospitaldan Toğrul Əhmədovun vurulması xəbərini qəti təkzib etdilər. Bildirdilər ki, T. Əhmədov qol güləşdirərkən sağ qulunun bazu sümüyünün ücdə bir hissəsi qırılıb. Elə həmin an ona orada ilkin tibbi yardım göstərilib qolu gipsə salınıb. Və dərhal Bakıya Hərbi Hospitala gətirilib. Hospitaldan T. Əhmədovun vəziyyətinin hazırda normal olduğunu ona lazımi bütün tibbi yardımın göstərildiyini söylədilər. Onu da öyrənə bildik ki, T. Əhmədovun həkimi travmatoloq Azər Qafarovdur. A. Qafarov artıq iş vaxtı bitdiyi üçün evə getdiyindən onunla sabah əlaqə saxlamağa çalışacağıq. Xatırladaq ki, T. Əhmədovun atası F. Əhmədov Movqe.az-a açıqlamasında bildirmişdi ki, oğlunu DSX-nın Hərbi Hospitalına gətiriblər: "Mənə dediklərinə görə, qolu qırılıb. Amma verilən digər məlumata görə, Toğrulu vurublar. Onu helikopterlə təcili Bakıya gətiriblər. Hələki oğlumla görüşümə icazə vermirlər. Bilmirəm vəziyyəti necədir.  Xahiş edirəm ki, oğlumu göstərsinlər ürəyim rahatlaşsın. Amma içəri buraxmırlar. Əgər qolu qırılıbsa Hospitalın rəhbərliyindən bu barədə mənə bir söz də deyən yoxdur. Hələki gözləyirəm. Çox narahatam oğlumun səhhətindən. Sizin vasitənizlə səslənirəm  Hospitalın rəhbərliyinə mənim oğlumla görüşümə icazə versinlər".

F. Əhmədov oğlunun Yevlaxda N saylı hərbi hissədə xidmət etdiyini söylədi.   

 

Sizin Reklam Yeriniz