Əlaqə Arxiv
news Image
2013.03.27
11:57
| A A A
Şərqi Avropa donur

Şərqi Avropa ölkələrində soyuq hava və güclü qar həyatı iflic vəziyyətinə gətirib.

Rusiyanın paytaxtı Moskvada intensiv yağan qar yolların bağlanmasına səbəb olub. Çoxlu sayda təyyarə uçuşları təxirə salınıb. 

Meterologiya  Moskvada soyuq hava və güclü qarın daha bir müddət təsirli olacağını açıqlayıb. 


Paytaxt Kiyev ilə yanaşı, Ukraynanın digər şəhərlərində də həddindən artıq yağan qar səbəbindən fövqəladə vəziyyət elan olunub, hərbçilər də xilasetmə işlərinə cəlb olunub. Bir çox mağazalarda ərzaq tükənib. Yollarda qalan avtomobilləri çəkib aparmaq üçün  zirehli nəqliyyat vasitələri cəlb olunub. 

Fasiləsiz yağan qar 24 saat ərzində bir çox yaşayış yerlərində qarın hündürlüyünün 50 sm-dən çox olmasına səbəb olub.


Ukraynananın qonşuları Moldova və Rumıniya sərhədlərindəki nəzarət məntəqələri güclü yağan qara görə müvəqqəti bağlanıb. Lokomotivlərin və dəmiryollarının donması və qarla ötrülməsi nəticəsində bu ölkələrdəki qatar səfərləri təxirə salınıb.  


Macarıstanda da aramsız yağan qar yolların bir hissəsinin bağlanmasına səbəb olub. İnsanlara tez-tez xəbərdarlıq edilir ki, zərurət olmadığı halda yola çıxmasınlar.


Sizin Reklam Yeriniz