Əlaqə Arxiv
news Image
2013.03.27
12:23
| A A A
Rus zabit ailələrinin Azərbaycandan çıxarılması prosesi mayın sonunadək tam yekunlaşacaq

Qəbələ radiolokasiya stansiyasının (RLS) hərbi şəhərciyində yaşayan rus zabitlərin ailələrinin Azərbaycandan çıxarılması prosesi may ayının sonunadək tam yekunlaşacaq.


Movqe.az-ın məlumatına görə, hazırda zabit ailələrinin və onların əmlaklarının Qəbələdən çıxarılması prosesi davam edir. Anlaşmaya əsasən, rus zabitlərinin ailələrinin əmlaklarının çıxarılmasını Azərbaycan tərəfi təmin edir.

 

Hazırda hərbi şəhərcikdə 70-ə yaxın zabit ailəsi qalıb.

 

Qeyd edək ki, Azərbaycan tərəfinin icarə haqqını artırması ilə əlaqədar Rusiya 2012-ci ilin dekabr ayından Qəbələ RLS-də fəaliyyətini dayandırıb. Hazırda stansiyanın inventarının siyahıya alınması və təhvil-təslimlə bağlı komissiyalar tərəfindən işlər aparılır.

 

Azərbaycan tərəfi Rusiyadan stansiyanın icarəsi üçün 300 milyon dollar icarə haqqı tələb edib.


Sizin Reklam Yeriniz