Məşhur türk serialında Mübariz İbrahimovdan bəhs edilib
Türkiyənin TRT1 telekanalında yayımlanan "Sakarya-Fırat" serialında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan danışılıb.
Movqe.az-ın məlumatına görə, serialda Mubariz Azərbaycan və Türkiyənin ortaq qəhrəmanı kimi təqdim edilib. Burada qeyd edilib ki, Mübariz erməni mövqeyini təkbaşına hücum edərək, silahları ələ keçirib, 45 düşmən əsgərini məhv edib və şəhid olub. Serialdakı onbaşı Mübariz İbrahimovun səhərə qədər döyüşdüyünü də qeyd edir. Bundan başqa, serialda ermənilərin Mübariz İbrahimovun nəşinə də işgəncə verdikləri, Azərbaycan tərəfin şəhidin nəşini yalnız iki aydan sonra ala bildiyi vurğulanır: "Adamın cəsədindən belə qorxublar" .