Əlaqə Arxiv
news Image
2013.03.28
10:54
| A A A
İlhamə Quliyeva Ümumrusiya Azərbaycanlılar konqresi tərəfindən məhkəməyə verilir
Mirəşrəf Fətiyev: "Ona 35 min ABŞ dolları borc verdim"

Moskvada yaşayan Ümumrusiya Azərbaycanlılar konqresinin sədri Mirəşrəf Fətiyev xalq artisti İlhamə Quliyevanı məhkəməyə verməyə hazırlaşır. ANS PRESS-lə əlaqə saxlayan Mirəşrəf Fətiyev xalq artisti ilə bağlı şok faktlar açıqladı. Belə ki, təxminən 2007-ci lldə İlhamə Quliyeva guya evin təmir işləri aparmaq adı tlə axırıncıdan 35 min ABŞ dolları alaraq bu günə kimi həmin pulları müxtəlif bəhanələrlə qaytarmaqdan boyun qaçırır.


Mirəşrəf Fətiyevin bildirdiyinə görə, İlhamə Quliyeva təxminən beş il bundan əvvəl Moskvada olarkən maddi vəziyyətinin ağırlığı üzündən öz mənzilini təmir etdirə bilmədiyi ilə bağlı ona müraciət edib: "Mən də bir azərbaycanlı kimi axırıncının xahişi ilə ona 35 min ABŞ dolları borc verdim. İlhamə bildirdi ki, bir iki ay ərzində həmin pulları qaytaracaq.


Həmin müddət keçdikdən sonra İlhamə əvvəlcə anasının xəstə olmasını, sonra isə onun vəfat etməsini bəhanə gətirərək borc aldığı pulları qaytarmırdı.


"Mən də, onun bəhanələrinə inandığım üçün ilk vaxtlar İlhamə xanımı tələsdirmirdim. Bir müddət sonra bunların bir bəhanə olduğunu başa düşdüm. Çünki, İlhamə təxminən bir ildən sonra mənim telefon zənglərimə cavab verməkdən və mənimlə görüşlərdən yayınır, qaçıb gtzlənirdi.


Oxucularınızın nəzərinə çatdırıram ki, mən dövlətimizin və xalqımızın yolunda milyonlar da xərcləməyə hazıram və buna qadirəm. Ancaq xalq artisti adını daşıyan bir şəxsin belə hərəkətlərini heç vaxt bağışlamaram.

Hamının nəzərinə çatdırıram ki, bu məsələnin qanuni yolla həlli üçün yaxın vaxtlarda Azərbaycana gələrək məhkəməyə müraciət edəcəyəm"- deyə Mirəşrəf Fətiyev bildirib. 


Sizin Reklam Yeriniz