Əlaqə Arxiv
news Image
2013.03.28
13:48
| A A A
12 illik təhsillə bağlı plan hazırlanır
Azərbaycan hökuməti bu layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb

Azərbaycanda 12 illik təhsil sisteminə keçidlə əlaqədar plan hazırlanacaq. Təhsil Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, plan Azərbaycan hökuməti və Dünya Bankının birgə icra etdiyi "Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə" çərçivəsində hazırlanacaq.


Azərbaycan hökuməti bu layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb. Həmin vəsaitin bir hissəsinin burada təsvir olunan məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulub. Xidmətlərin məqsədi 11 illik ümumtəhsil sistemindən 12 illik ümumtəhsil sisteminə keçidlə bağlı məsələlər, çətinliklər və imkanların dəqiq təhlilini Təhsil Nazirliyi üçün təmin etməkdir.


Aparılmış tədqiqat və onun nəticələri əsasında gələcək fəaliyyət üçün tövsiyələr veriləcək. Xidmətlərin icra müddəti 12 aydır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatların seçimi Dünya Bankının "Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları"nda əks olunan Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu ilə aparılacaq.


Sizin Reklam Yeriniz