Ermənistan Xankəndi aeroportunu işə salmağa hazırlaşır
Ermənistan höküməti yanında Mülki Aviasiya Baş İdarəsi (MABİ)
Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə mülki
təyyarələrin uçuşlarına icazə verəcək. APA-nın "News.am"a istinadən
verdiyi məlumata görə, bu barədə İrəvanda jurnalistlərə
Ermənistanın Mülki Aviasiya Baş İdarəsinin rəisi Artyom
Movsisyan bəyan edib.
"Uçuşlar beynəlxalq təşkilatların qaydalarına uyğun həyata keçiriləcək. Biz o qaydalardan bir addım belə kənara çəkilmək istəmirik. Çox şey Dağlıq Qarabağın aviasiya qurumlarının fəal işindən asılıdır. Əgər onlar işlərini yekunlaşdırsalar – biz hazırıq", deyə Artyom Movsisyan bəyan edib. Bununla belə, o konkret tarix söyləməkdən boyun qaçırıb. MABİ rəisi qeyd edib ki, Xankəndi aeroportu "kiçik də olsa, gözəl və rahatdır, onun gücü isə nəzərdə tutulmuş sərnişindaşımalar üçün tamamilə yetərlidir".
"Eniş zolağı yaxşı vəziyyətdədir, uçuşların təhlükəsizliyi tamamilə təmin olunub, sadəcə təyyarələrə göstəriləcək xidmətlə bağlı bir neçə kiçik həll olunmamış texniki məsələ qalıb", deyə Movsisyan qeyd edib.
O əlavə edib ki, Dağlıq Qarabağın öz mülki aviasiyası olmadığından, uçuşları Ermənistan Respublikasının 19 yerlik təyyarələri həyata keçirəcək. Uçuş müddəti 45-50 dəqiqə təşkil edəcək.