Əlaqə Arxiv
news Image
2013.03.29
14:25
| A A A
TQDK Aqiyə Naxçıvanlıya cavab verdi
"İbtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə qabiliyyət imtahanının keçirilməsi hələki gündəmdə deyil".
Bu sözləri Movqe.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Milli Məclisin deputatı, Azərbaycan Müəllimlər İnistutunun rektoru Aqiyə Naxçıvanlının ibtidai sinif müəllimlərinin qabiliyyət imtahanından keçirilməsi təklifinə cavab olaraq söyləyib. E. Nağızadə bildirib ki, ümumiyyətlə ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə qabiliyyət imtahanının keçirilməsi TQDK-da müzakirə edilməyib. TQDK səlahiyyətlisi hazırda 5 istiqamət üzrə qabiliyyət imtahanlarının keçirildiyini söylədi.
Qed edək ki, A. Naxçıvanlı mətbuata açıqlamasında ibtidai sinif müəllimlərinin  test imtahanları ilə yanaşı qabiliyyət sınağından da keçməli olduğunu söyləyib. Millət vəkili bu fikrini belə əsaslandırıb: "Xüsusən spesifik və dar çərçivəli ixtisaslar üzrə belə bir addımın atılması zəruridir. Bəzən elə olur ki, abituriyentlər ixtisas seçimi zamanı səhvə yol verirlər. Ümumi fənnlərdən imtahan verməklə onlar ali məktəbə daxil olsalar da, sonradan konkret ixtisaslar üzrə axsadıqları faktı ortaya çıxır. Biz bunu öz təcrübəmizdə dəfələrlə müşahidə etmişik. Lakin qabiliyyət imtahanlarının tətbiqi abituriyentlərə imkan yaradacaq ki, onlar daha düzgün seçim etsinlər. Misal üçün ibtidai sinif müəllimləri, incəsənət, musiqi, fiziki hazırlıq tələb edən sahələr üzrə qabiliyyət imtahanlarının təşkili mütləqdir. Bu zaman abituriyentlərin həm orta məktəb səviyyəsində biliklərini qiymətləndirmək, həm də qəbul olunmaq istədiyi ixtisas üzrə qabiliyyətini dəyərləndirmək mümkündür".

Sizin Reklam Yeriniz