Dövlət İqtisad Universitetinin tələbələri iki aydır ki, təqaüdlərini ala bilmirlər-Eksklüziv
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri iki aydır ki,
təqaüdlərini ala bilmirlər. Bu barədə Movqe.az-a universitetin
tələbələri məlumat verib: "İki aydır ki, təqaüdümüzü ala bilmirik.
Axırıncı dəfə təqüdümüzü yanvar ayında almışıq. Səbəbini soruşuruq
gözləyin deyirlər". Movqe.az deyilənlərə aydınlıq gətirmək məqsədi
ilə Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibatlıq
şöbəsi ilə əlaqə saxlayıb. Universitetin mühasibi Sahibə xanım
deyilənləri təsdiqləyərək bildirib ki, həqiqətən də tələbələrin
təqaüdü iki aydır ki, gecikdirilir: "Bu məndən asılı məsələ deyil.
Fevral ayında onların smestri başa çatdı. Nəticələri bilinınədək
bir az vaxt çəkdi. Əmrlər bu səbəbdən gec gəldi. Mən də təkəm.
Hazırlayanadək bu qədər vaxt apardı. Hələ mən aparıb sənədləri
evdə bayram günləri işləmişəm ki tez olsun". Universitetin
mühasibi hər il fevral-mart aylarında belə vəziyyət yarandığını
bunun smestrlərin nəticələri ilə bağlı olduğunu söylədi. Mühasib
bildirdi ki, artıq sənədlər hazırlanıb, banlka göndərilib.
Tələbələr aprel ayının 5-dən təqaüdlərini ala biləcəklər.