Yanğın 2 min kvadratmetr ərazini əhatə edib
Bakının Süleyman Rəhimov küçəsində
tikilməkdə olan binada başlamış yanğın 2 min kvadratmetr ərazini
əhatə edib.Movqe.az-ın xəbərinə görə, bunu Dövlət Yanğından
Mühafizə Xidmətinin yanğın söndürmə qərargahının rəisi Əkbər
Novruzov bildirib. Onun sözlərinə görə, yanğın barədə məlumat
20.13-də daxil olub. "Binaya ciddi ziyan dəyib. Hadisə nəticəsində
xəsarət alan olmayıb. Yanğın qarşısı təxminən 90 dəqiqəyə alınıb.
Yanğın 2 min kvadrat metr ərazini əhatə edib və bir neçə binaya
zərər dəyib. Təhqiqat aparılır. Hadisənin səbəbləri araşdırılır",
deyə Ə.Novruzov əlavə edib.