Paytaxtda sərnişin avtobusu aşıb
Bu gün axşam saat 19:00 radələrində Sabunçu rayonu, Bakıxanov
qəsəbəsində "İSUZU"markalı "10-TG-938" dövlət qeydiyyat nişanlı
avtobus aşıb. İlkin ehtimala görə, metronun "Qara Qarayev"
stansiyasından Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edən
avtobusun aşmasına səbəb sürücünün sürət həddini aşması və döngədə
avtobusun idarəetməsini itirməsi göstərilir. Faktla bağlı Sabunçu
rayon Polis İdarəsində araşdırma aparılır. ANS-in verdiyi məlumata
görə, Bakı şəhəri, Bakıxanov qəsəbəsində sərnişin avtobusu aşıb.
Hadisə nəticəsində xəsarət alanların sayı 10-a çatıb.
Yaralananların hamısı Sabunçu rayonunda yerləşən 3 saylı şəhər
klinik xəstəxanasına yerləşdirilib. Hazırda xəsarət alanlara tibbi
yardım göstərilir.