Əlaqə Arxiv
news Image
2013.04.01
15:19
| A A A
Rusiya-İsrail arasında "cəsusluq" böhranı
Movqe.az xəbər verir ki, Livandakı şiə Hizbullah qrupuna yaxınlığıyla tanınan Al-Manar televiziyası, Tarsusda olan Rus donanmasının fəaliyyətlərini izləyən "​​İsrail mənşəli cəsusluq cihazları" tapdıqlarını iddia edib. Suriya lideri Bəşər Əsəd rəhbərliyinə sadiq Suriya hərbi qaynaqlarına söykənərək edilən şərhdə, Tarsus limanının qarşısında olan tənha bir adada, video fotoşəkil çəkmə xüsusiyyətinə sahib müxtəlif alətlər olduğu bildirilib. Bölgədəki balıqçılar tərəfindən tapılan qaya daş görüntüsündəki casusluq alətlərinin İsrail mənşəli olduğu bildirilib. Ələ keçirilən alətlərin İsrail dəniz qüvvələri tərəfindən gizlicə yerləşdirildiyi iddia edilən xəbərdə, çəkilən video fotoşəkil görüntülərinin köməyiylə Tarsusdakı Rus hərbi gəmilərinin hərəkətlərinin təqib edildiyi qeyd edilib. Tapılan alətlərin görüntülərini yayımlayan Suriya dövlət televiziyası SANA isə, İsraili "Suriyaya qarşı sui-qəsd hazırlamaqda" təqsirləndirib.
Sizin Reklam Yeriniz