Qəddafinin ailəsindən xəbər var
Movqe.az xəbər verir ki, Liviyanın
keçmiş lideri Müəmmər
Qəddafinin qızı Ayşə
Qəddafinin sığındığı
Cəzairdən ötən oktyabr
ayında Ummana göndərildiyi
meydana çıxıb.
Əlcəzairdə qaldığı prezident
sarayını bir neçə dəfə
yandırma cəhdində olan
və mühafizəçilərə hücum edən
Ayşə Qəddafinin Cezayir
prezidenti Abdul Əziz
Butefilikanın portretini
parçalaması necə deyərlər stəkandan
axan son damcı
olub. Cəzairin
yerli qəzeti "Ennahar"ın
xəbərinə görə,
37 yaşlı Qəddafi, Cəzairdən zorla
çıxarılaraq Ummana
göndərilib. Bir
dövr Birləşmiş Millətlər
Təşkilatının Xoş Məramlı
Səfiri vəzifəsində də
olan Ayşə Qəddafinin
həyat yoldaşı polkovnik
Əhməd əl Qəzzafi
əl Kahsi Liviyada
rejimə qarşı davam edən
qiyamlar əsnasında bombalı
hücum nəticəsində həlak
olmuşdu. Ayşə
Qəddafi 2011-ci
ildə anası və
qardaşlarıyla birgə
Əlcəzairə sığınmışdı. Oman
hökuməti ötən həftə
"Reuter"sə etdiyi şərhdə
Müəmmər Qəddafinin
arvadı, iki
oğlu və qızı
Ayşə Qəzzafi ilə
uşaqlarının oktyabr ayından
bəri Ummanda olduqlarını
təsdiqləyib.