Bu gün Azərbaycan Sosial Rifah Partiyası Gənclər təşkilatı "bəşəriyyətdə işgüzarlığa hə, münaqişələrə və müharibələrə yox" adlı şuar altında Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirib. Mətbuat konfransının keçirilməsinin məqsədi gəncləri işğal olunmuş torpaqlarımız, müharibədə verdiyimiz itgilər, ermənilərin riyakarlığı yönündə maarifləndirmək və görüləcək tədbirlərdə onları fəal iştirak etməyə çağırmaqdır. Azərbaycan Sosial Rifah Partiyası Gənclər təşkilatının sədri Türanə Qasımova öz çıxışında bildirdi ki, gənclər "bəşəriyyətdə işgüzarlığa hə, münaqişələrə və müharıbələrə yox" devizini dəstəkləməlidirlər: "Bu yöndə bir neçə lahiyələr həyata keçirmişik. Biz lahiyələrmizi, əsasən, regionlarda keçirdirik. Mart ayının 1–də Biləsuvarda keçirdiyimiz tədbirdə cənub gənclərinin problemlər ilə yaxından maraqlandıq və onlara tövsiyələrimizi verdik. Növbəti lahiyələrmiz Gəncədə, Şamaxıda, Sumqayıtda, ən sonda isə, paytaxtımız Bakıda gözlənilir".
T. Qasımovanın sözlərinə görə, təşkilat təkcə ölkə daxilində deyil, xarici ölkələrdə də lahiyələr həyata keçirtməyi planlaşdırır.
Tədbirdə iştirak edən millət vəkili, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Xanhüseyn Kazımlı isə bildirdi ki, iyun və iyul aylarında Azərbaycan Dövlət İqtisad Universitetində ərazisi işğala məruz qalmış rayonların İcra Hakimiyyətin rəhbərləri və məsul işçiləri ilə Qarabağ müharibəsi zamanı Azərbaycana dəyən zərərlərlə bağlı geniş müzakirələr aparılmış, işlərin nəticəsində işçi qrupu yeni fəaliyyət proqramı hazırlayıblar: "Yeni fəaliyyət proqramına əsasən işçi qrupu respublikaya dəymiş zərər haqqında ilkin məlumatlar sənədləşdirilmiş , eləcə də "İtki və təlafatlar arxivi" nin yaradılması nəzərdə tutulub. Lazımı materiallar əldə etmək üçün hazırlanmış sənədlərin nümunələri işğala məruz qalmış rayonların rəhbərliyinə göndərilib. Azərbaycana respublikasına dəyən zərərlə əlaqədar olaraq, noyabır ayında Ankara, dekabır ayında isə, Moskva şəhərlərində olmuşam. Orada bir sıra görüşlər keçirib, arxivlərdə çalışmışam və matreallar əldə etmişəm".