Çində yeni quş qripi təhlükəsi
Çində
son günlərdə gündəmə
gələn "H7N9" növündən olan
quş qripi hadisələri
ölkə daxilində yeni
tədbirlər alınmasına səbəb
olub. Movqe.Az-ın məlumatına görə,
xalqa qanadlı heyvan
kəsilməməsi xəbərdarlığı
edilib. Çində "ölülər
bayramı" olaraq da
adlandırılan "Çin Ming
Cie" tətilində xalq adətə
görə ölülərini xatırlamaq
adına qanadlı heyvan
kəsir. Səlahiyyətlilər, yeni
təsbit edilən H7N9
virusunun insanlar arasında
yayılmamasına baxmayaraq,
xalqa qanadlı heyvan
kəsməməsi çağırışını edir.
Ölkədə bu gündən etibarən
başlayan bayram ərzində
bütün bölgələrdə
xəbərdarlıqlar artarkən,
şərq əyaləti Cıcianqda
iki yeni H7N9
hadisəsi təsbit edilib
və virusun görüldüyü
bir vətəndaş dünyasını
dəyişib