Əlaqə Arxiv
news Image
2013.04.09
16:37
| A A A
Mətbuat Şurasında "Tərcüman" qəzetinin 130 illik yubileyi ilə bağlı “dəyirmi masa” keçiriləcək

"Tərcüman" qəzetinin 130 illik yubileyi ilə bağlı "dəyirmi masa" keçiriləcək. Tədbir sabah - aprelin 10-da saat 14.00-da Azərbaycan Mətbuat Şurasında baş tutacaq.


"Dəyirmi masa"da milli mətbu irsimizin araşdırılmasında xidmətləri olan mütəxəssislər, aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, ali məktəblərin jurnalistika fakültələrinin müəllimləri və tələbələri iştirak edəcəklər.


Qeyd edək ki, "Tərcüman" qəzetinin ilk sayı 1883-cü ildə işıq üzü görüb. Görkəmli mütəfəkkir İsmayıl bəy Qaspırlaının naşiri olduğu mətbu nəşr geniş, çoxşaxəli maarifçilik ideyaları ilə həm Rusiya müsəlmanlarına, həm də ümumilikdə türk dünyasına xidmət göstərib. Azərbaycanın ictimai fikir tarixində əhəmiyyətli yer tutan "Tərcüman" xalqımızın milli özünüdərk prosesində də müstəsna rol oynayıb.



Sizin Reklam Yeriniz