Universitedə terror törədilib
Movqe.az xəbər verir ki, Texasın
Hyuston şəhərinə yaxın
Lone Star Universitetində
oxuyan bir şagirdin
14 nəfəri dəhşətli
şəkildə yaraladığı
bildirilib. Hyustonun Harris
Region polis məmuru Adrian
Qarsia tərəfindən edilən
şərhə görə bu gün
günorta saatlarında adı
açıqlanmayan bir şagird,
universitet şəhərciyində
olan şagirdlərə atəş açıb.
Hadisədə ikisi ağır
olmaqla, cəmi 14
nəfər yaralanıb. Yaşanan
hadisə ilə əlaqədar istintaq
başladan polis, hücumda
nə cür bir alət
istifadə edildiyi haqqında
məlumat verməyib. Polis
təcavüzkarın nəzarətə
alındığını və hadisəni
tək başına törətdiyini
bildirib. Şəhərcikdə yaşanan
hadisənin səbəbi haqqında
hər hansı bir şərh
edilməyib. Universitetdə
olan bütün şagirdlərin
sağlamlıq idarəsindən
keçirilərək evakuasiya
edildiyi bildirilib.