Əlaqə Arxiv
news Image
2013.04.11
11:19
| A A A
Gənclərin karyerasının qurulmasına dəstək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Şurasının maliyyə dəstəyi ilə, Dirçəliş İqtisadi Araşdırmalar Cəmiyyəti 03.04.2013-cü il tarixdən etibarən, "Qaçqın və məcburi köçkün məzunlar üçün karyeranın qurulmasına dəstək" layihəsinin icrasına başlanmışdır. 


Mövqe.az-ın məlumatına görə, layihənn məqsədi 3 ay ərzində Qaradağ rayonunun Sahil və Ümid qəsəbələrində məskunlaşan, ali məktəbləri bitirmiş qaçqın və məcburi köçkün məzunlarını öz bilik səviyyələrini artırma və konkret istiqamətlər üzrə təkmilləşdirilməsi texnologiyasının əsasları ilə tanış etmək, onların gələcək karyera yüksəlişinə köməklik etməkdən ibarətdir. Layihə çərçivəsində 15 nəfər dəqiq elmlər və texnika; 15 nəfər iqtisadiyyat; 15 nəfər hüquq sahələri üzrə məzunlar seçiləcək və onlar bilik və bacarıqlarının artırılması məqsədi ilə seminar və dəyirmi masalar əhatə ediləcəklər. Ümumilikdə hər bir istiqamət üzrə 12 seminar və 8 dəyirmi masa keçiriləcəkdir. Layihə çərçivəsində Bakı şəhərində bilik səviyyəsinin artırılması və konkret istiqamətlər üzrə təkmilləşdirilməsini həyata keçirən tədris mərkəzləri, özəl şirkətlərin məlumat bazası yaradılacaq və məzunlar bu məlumat bazasından pulsuz olaraq istifadə edəcəklər. Layihənin təsirindən bəhrələnən 45 nəfər ali məktəb məzunu olan qaçqın və məcburi köçkün öz bilik səviyyələrini artırmaq və təkmilləşdirmək texnologiyalarını mənimsəyəcəklər ki, bu da onların karyeralarını qurmasında vacib rol oynayacaqdır. Layihə iştirakçılarının 50-60 % - qədəri öz bilik səviyyələrini artıracaqlar. 



Sizin Reklam Yeriniz