Azərbaycanda iki uşaq bədbəxt hadisə nəticəsində ölüb
Uşaqlar su quyusuna düşüblər
Azərbaycanda iki uşaq bədbəxt hadisə nəticəsində ölüb
Mövqe.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 10-da Goranboy rayonunun Tapqaraqoyunlu kənd sakini, azyaşlı Nuranə Cümşüdova Tap kəndinin ərazisində 2 saylı Uşaq Bağçasının həyətindəki su arxına düşərək boğulub.
Digər hadisə Kürdəmir rayonunda qeydə alınıb. Aprelin 10-da Kürdəmir rayonunun Karrar kənd sakini, azyaşlı Amin Ramazanov həyətindəki su quyusuna düşərək boğulub.