Bu gün Bakı Dövlət Universitetində (BDU) Ümumimilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə BDU-nun müəllim və professor heyəti arasında təşkil olunan Şahmat çempionatına start verildi. Movqe.az-ın məlumatına görə, bu çempionatda 17 fakultədən 30 nəfər müəllim və professor seçilərək yarışmaya qatılıb. Yarış BDU-nin Həmkarlar İttifaqı Komitəsinin sədri, filologiya elmləri namizədi, dosent Fikrət Şiriyevin təşəbbüsü ilə həyata keçrilib. Tədbiri giriş sözü ilə açan BDU –nun rektoru Abel Məhərrəmov bildirdi ki, bu oyunun Azərbaycanda formalaşması, milli zəmində genişlənməsi ümumimilli liderimizin adıyla bağlıdır: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də bu siyasəti uğurla davam etdirir. Dünyanın 175 ölkəsində bu şahmat yarışları keçirilir. Amma heç bir ölkədə bu intellektual oyuna Azərbaycanda olduğu qədər, diqqət yetirilmir. Buna görə də, Azərbaycan şahmatçilarinin 3-ü artıq dünyanın 20 güclü şahmatçıları arasınada yer tutub. Bu da Azərbaycan respublikasının Şahmat Federasiyasının böyük uğurları və böyük əziyyətləri deməkdir".
A. Məhərrəmov yarışa start verildiyini açıq elan etdi. Bir ay davam edəcək bu yarışmaya mükafat da veriləcəyini qeyd etdi. Belə ki, 1-ci yer 300 manat, 2- ci yer 200 manat, 3 –cü yeri tutan yarışmaçı 100 manat pul mükafatı ilə təltif olunacaq. Yarışmaya şahmat üzrə Azərbaycan milli yığmasının baş məşqçisi Fikrət Südеyfzadə nəzarət edir.
Тədbirdə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, sədr müavinləri Tağı Əhmədov və Rasim Nəbiyev, Şahmat Federasiyasının beynəlxalq qrossmeysteri, BDU-in məzunu Aynur Sofiyeva da iştirak edirdi.