Əlaqə Arxiv
news Image
2012.03.07
17:35
| A A A
Seçkilər Qarabağ prosesinin dondurulmasına gətirib çıxarmayacaq
“Çox güman ki, gələn ay həmsədrlərlə növbəti görüş keçiriləcək”

ATƏT-in Minsk qrupunun həmsədrləri gələn ay yenidən regiona səfər edəcəklər. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ATƏT-in Minsk qrupu həmsədrləri ilə keçirilən görüşdən sonra jurnalistlərə deyib.

O bildirib ki, həmsədrlərlə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları istiqamətində müzakirələr aparılıb və vəziyyət qiymətləndirilib. Nazir deyib ki, seçkilər prosesin dondurulmasına gətirib çıxarmayacaq. "Biz danışıqları davam etdirəcəyik. Çox güman ki, gələn ay həmsədrlərlə növbəti görüş keçiriləcək. Bu görüşdə də münaqişənin həlli prinsipləri müzakirə olunacaq. Təəssüf ki, bəzi prinsipləri Ermənistanla razılaşdıra bilmirik. Bu məsələ üzərində işi davam etdirəcəyik və seçkilərdən sonra isə irəliləyişlərə nail ola bilərik".


Sizin Reklam Yeriniz