Külli miqdarda vergidən yayınan 3 şirkət barədə cinayət işi başlayıb
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai
Araşdırılması Departamenti tərəfindən 2012-ci ilin aprel ayında 15
cinayət işi başlanıb ki, onlardan da 11-i külli miqdarda vergiləri
dövlət büdcəsinə ödəməkdən yayındırmış sahibkarlar barəsində olub.
Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi
məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, vergi
orqanlarına təqdim edilən hesabatlara bilərəkdən təhrif olunan
məlumatlar daxil etməklə Bakı şəhəri Vergilər Departamentində
qeydiyyatda olan "Araz-Tikinti Servis" MMC 90 min manat, "Çınqıl
İnşaat" Təmir-Tikinti Quraşdırma müəssisəsi 133 min 360,47 manat,
"Cahangir" MMC isə 70 min 220,3 manat məbləğində vəsaiti dövlət
büdcəsinə ödəməkdən yayındırıblar. Bundan əlavə, "Cahangir"
müəssisəsi xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə
razılıq almadan dağ-mədən işlərini həyata keçirməklə 43 min 339,69
manat məbləğində gəlir əldə edib. Sözügedən müəssisələr əsasən
əlavə dəyər vergisi, mənfəət vergisi və ödəmə mənbəyindən tutulan
vergiləri büdcədən yayındırıblar.
Departament tərəfindən aparılan digər araşdırmalarla "Azərsutikinti" ATSC-nin Samur-Abşeronsutikinti törəmə müəssisəsində, "Ulutürk", "YK İnşaatçı" və digər məhdud məsuliyyətli cəmiyyətlərdə külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması faktları aşkar edilib.
Araşdırma zamanı vergidən yayınma faktları toplanmış materiallarla təsdiq edildiyi üçün onlardan hər biri üzrə Departamentdə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi (külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması) ilə müvafiq cinayət işi başlanıb.
Hazırda təqsirli şəxslərin müəyyən olunması ilə bağlı tədbirlər həyata keçirilir.